"Mançester Siti"də 21 nəfər koronavirusa yoluxdu


  • 20:05 / 06 01 2022 |
  • Bölmə: İdman


İngiltərənin "Mançester Siti" klubunda 21 nəfər koronavirusa yoluxub.

"Rupor" xəbər verir ki, bu barədə yerli mətbuata komandanın məşqçisi Rodolfo Borrell açıqlama verib.

Onun sözlərinə görə, infeksiya aşkarlanmış şəxslərin arasında baş məşqçi Xosep Qvardiola və bir neçə futbolçu var. Digərləri isə klubun əməkdaşlarıdır.

Qeyd edək ki, "Mançester Siti" yanvarın 7-də səfərdə "Suindon Taun"a qarşı İngiltərə Kubokunun III tur matçına çıxacaq.




Oxşar xəbərlər