"Neftçi"nin son rəqibi məlum oldu


  • 10:14 / 07 01 2022 |
  • Bölmə: İdman


"Neftçi"nin Türkiyənin Antalya bölgəsində keçirəcəyi qış təlim-məşq toplanışında sonuncu rəqibi bəlli olub.

"Rupor"un məlumatına görə, son ölkə çempionu Bolqarıstanın "MOİK 1948" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma yanvarın 24-də Side qəsəbəsində olacaq.

"MOİK 1948" klubu Bolqarıstanın yüksək liqasında 19 oyundan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb. Bu, Bolqarıstanın məşhur "MOİK Sofiya" klubu deyil. "MOİK 1948" 2019/2020 mövsümündə əsas liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, "ağ-qaralar" 10 - 25 yanvarda Türkiyədə olacaq. Antalyanın Manavqat qəsəbəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, yanvarın 19-da isə Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.




Oxşar xəbərlər