Azərbaycanlı futbolçu yeni klubda


  • 10:17 / 07 01 2022 |
  • Bölmə: İdman


"Səbail"in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirəcək.

"Rupor" yerli "Sportstonoto" nəşrinə istinadən xəbər verir ki, "Olimpiakos Volos" 22 yaşlı cinah müdafiəçisini heyətinə qatıb.

Manafovun bu günlərdə Volos şəhərində olması gözlənilir. O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edib. 2-ci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.




Oxşar xəbərlər