"Dinamo" Mahir Emrelini transfer edə bilər


  • 20:48 / 07 01 2022 |
  • Bölmə: İdman


Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli karyerasını Xorvatiyada davam etdirə bilər.

"Rupor" "Sportske" nəşrinə istinadən xəbər verir ki, Zaqreb "Dinamo"su 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Paytaxt klubu iki məsələyə görə Emrelinin transferində maraqlıdır. Bunlardan birincisi hücum xəttini gücləndirmək məqsədi daşıyır. Digər məqam isə ondan ibarətdir ki, Varşava təmsilçisinin "Dinamo"ya 1,2 milyon avro borcu var. Polşalılar cari mövsümün əvvəlində Zaqreb klubundan 1,4 milyon avroya aldığı albaniyalı forvard Lirim Kastratiya görə qarşı tərəfə hələlik cəmi 200 000 avro ödəyib.

Bunu nəzərə alan Xorvatiya klubu 2 milyon avro qiyməti olan Emrelini daha aşağı məbləğə transfer etmək niyyətindədir. Tərəflər razılığa gəlsələr, "Dinamo" bu keçid üçün "Legiya"ya cəmi 800 000 avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.




Oxşar xəbərlər