"Qəbələ" braziliyalı hücumçunu transfer etdi


  • 23:51 / 11 01 2022 |
  • Bölmə: İdman


Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

"Rupor“ klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Braziliyalı hücumçu Avstriyanın “Admira” klubundan icarəyə götürülüb. 24 yaşlı cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək.

Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb. 2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.




Oxşar xəbərlər