Fatih Terimdən "Qalatasaray"a tarixi acıq


  • 22:57 / 13 01 2022 |
  • Bölmə: İdman


Fatih Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacaq.

"Rupor" xəbər verir ki, bu barədə 69 yaşlı mütəxəssis özünün sosial şəbəkə hesabında paylaşım edib.

İstanbul təmsilçisi ilə vidalaşan Terim "Cim-Bom"la imzaladığı ilk və son müqavilələrin fotolarını yayımlayıb.

O, paylaşımın üzərində "Qalatasaray"dakı ilk imzam və son imzam" sözlərini yazıb.

Qey edək ki, Fatih Terim 1996 - 2000-ci, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"a rəhbərlik edib.




Oxşar xəbərlər