Samir Abasov "Neftçi"ni təqdir etdi - "Pis deyildi"


  • 19:30 / 14 01 2022 |
  • Bölmə: İdman


"Hansısa oyunçunu fərqləndirmək, onun haqqında danışmaq istəməzdim. Çünki ilk növbədə, bu gün maraqlı oyun alındı, digər tərəfdən, həddindən artıq hərəkətli oynadıq ki, bu da bizə xoş oldu".

"Rupor" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Türkiyənin Antalya bölgəsində Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klub televiziyasına açıqlamasında deyib.

Baş məşqçi daha sonra ilk həftədəcə və davam edən yükləmələrdən sonra bu cür hərəkətli çıxış etməyin komandası üçün xoş siqnal olduğunu bildirib:

"Bu gün həm gənc futbolçularımız yaxşı idi, həm də komanda şəklində pis deyildik. Bəzi boşluqlar var idi ki, onları da oyundan sonra komanda ilə birlikdə müzakirə edəcək, araşdıracağıq. Amma ilk oyun üçün pis deyildi".

Samir Abasov həmçinin komandamızın bütün oyunçularının müxtəlif səbəblərdən heyətə qoşula bilməmələrindən təəssüfünü ifadə edib:

"İstəyimiz onların birgə olmaları idi. Amma əlimizdən gələn bir şey yoxdur".

O eyni zamanda yeni transferlər Eddi İsrafilov və Azər Salahlının kollektivə uyğunlaşma prosesindən də danışıb:

"Onların üstünlükləri odur ki, bir-birilərini futbolçu kimi yaxşı tanıyırlar. Uyğunlaşmanı tez keçməkdən ötrü kollektiv də önəmlidir. Hazırda komandadaxili ab-hava həqiqətən mükəmməldir. Bu da onların tezliklə adaptasiya olunmalarına bir köməkdir. Yerlilərdən əlavə, legionerlərimiz də uzun müddətdir "Neftçi"dədirlər. Düşünürəm ki, Azərə nisbətən Eddi adaptasiya sarıdan bir qədər problem yaşasın. Görünən odur ki, Salahlı uyğunlaşma dövrünü yaxşı keçir".



Oxşar xəbərlər