Daha iki ölkə Pekin Olimpiyadasını boykot etdi


  • 09:11 / 15 01 2022 |
  • Bölmə: İdman


Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot edən ölkələrin sayı artır. 

"Rupor" Avropa mətbuatına istinadən xəbər verir ki, bu dəfəki baykot diplomatik xarakterlidir.  Niderland və Danimarka hakimiyyəti belə qərara gəliblər ki, oyunlara hökumət səviyyəsində nümayəndə heyəti göndərməsinlər.

Çinin xarici tamaşaçıları yarışa buraxmamaqla bağlı qərarı etirazla qarşılanıb.

ABŞ, Yaponiya, Böyük Britaniya, Kanada da Çinə qarşı eyni mövqeni sərgiləyiblər.




Oxşar xəbərlər