Kamran Ağayev vida matçı keçirəcək


  • 20:24 / 17 01 2022 |
  • Bölmə: İdman


Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev vida matçı keçirəcək.

"Rupor" xəbər verir ki, bu barədə veteran qolkiper "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində açıqlama verib.

O, planda belə bir görüşün olduğunu bildirib:

"Həm "Səbail", həm də AFFA rəhbərliyi ilə danışmışıq. Belə bir oyun, aarkeşlərlə görüş planlaşdırılıb. Amma vaxtı dəqiq bilinmir".

Qeyd edək ki, Kamran Ağayevin son klubu "Səbail" olub.




Oxşar xəbərlər