Ötən ilin ən yaxşı baş məşqçisi seçildi


  • 23:19 / 17 01 2022 |
  • Bölmə: İdman


FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adlarını elan edib.

"Rupor" "Report"a istinadən xəbər verir ki, kişilərdən “The Best” mükafatına İngiltərənin "Çelsi" klubuna rəhbərlik edən Tomas Tuxel layiq görülüb.

Almaniyalı mütəxəssis İtaliya millisindəki həmkarı Roberto Mançini ilə İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiolanı geridə qoyub.

"Çelsi"nin qadınlardan ibarət komandasına rəhbərlik edən Emma Heyz isə ən yaxşı qadın baş məşqçi seçilib.

Qeyd edək ki, ötən il bu mükafata İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp sahib çıxıb.




Oxşar xəbərlər