2021-in ən güclü futbolçusunun adı məlum oldu


  • 23:37 / 17 01 2022 |
  • Bölmə: İdman


FİFA-nın 2021-ci ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatının sahibi müəyyənləşib.

"Rupor" Qol.az-a istinadən xəbər verir ki, Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovski ötən ilin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Lionel Messi (PSJ) və Məhəmməd Salahı ("Liverpul") qabaqlayıb.33 yaşlı  oyunçu ardıcıl ikinci dəfə bu mükafata layiq görülüb.

Levandovski 69 qolla 2021-ci ilin ən yaxşı bombardiri olub. Polşalı futbolçu ötən mövsüm Almaniya çempionu və Almaniya Superkubokunun sahibi olub.

Qeyd edək ki, "Barselona"nın oyunçusu Aleksiya Putelyas ilə ilin ən yaxşı qadın futbolçusu seçilib.




Oxşar xəbərlər