
2021-ci il üçün ilin ən yaxşı qoluna verilən Puşkaş mükafatının qalibi məlum olub.
"Rupor" Qol.az-a istinadən xəbər verir ki, "Tottenhem"in futbolçusu Erik Lamelanın İngiltərə Premyer Liqasında "Arsenal"a vurduğu qol ən yaxşı seçilib.
Mükafata Çexiya millisinin hücumçusu Patrik Şikin Avro-2020-də Şotlandiyayaya, həmçinin "Portu"nun forvardı Mehdi Tareminin Çempionlar Liqasında "Çelsi"yə vurduğu qollar da namizəd idi.
