Avropanın ən gözəl stadionu məlum oldu


  • 22:25 / 19 01 2022 |
  • Bölmə: İdman


Böyük Britaniyanın "money.co.uk" saytı Avropanın ən yaxşı və ən pis stadionlarının reytinq cədvəlini açıqlayıb.

"Rupor" xəbər verir ki, "Tripadvisor", "Google" və "Football Ground Map" kimi internet resurslarındakı rəylər əsasında hazırlan siyahıda Azərbaycandan heç bir arena yer almayıb.

Almaniyanın "Borussiya" (Dortmund) klubunun ev oyunlarını keçirdiyi "Siqnal İduna Park" Avropanın ən yaxşı arenası seçilib. Köhnə qitənin ən pis stadionu isə İtaliya "Empoli"sinə məxsus "Karlo Kastellani" olub.




Oxşar xəbərlər