Azərbaycan cüdoçuları Qran-Pri turnirində


  • 23:44 / 19 01 2022 |
  • Bölmə: İdman


Portuqaliyanın Odivelas şəhərində Qran-Pri turniri keçiriləcək.

“Rupor”un Beynəlxalq Cüdo Federasiyasına istinadən məlumatına görə, yanvarın 28-dən 30-dək keçiriləcək turnirdə Azərbaycan komandasının 14 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, yarışda Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşangi Kokauri (+100 kq) iştirak edəcəklər. Qadınların turnirində isə Aydan Vəliyeva, Şəfəq Həmidova (48 kq) və Səbinə Əliyeva (52 kq) güclərini sınayacaqlar.

Turnirdə 46 ölkədən 400-dən çox idmançı iştirakını təsdiqləyib.




Oxşar xəbərlər