17 yaşlı futbolçunun ulduzu parlayır


  • 19:09 / 20 01 2022 |
  • Bölmə: İdman


"Barselona" futbolçusu Qavi ilə müqaviləni uzadır.

"Rupor" COPE-yə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Kataloniya klubunun müqavilənin ardından gənc oyunçuya 1 milyard avro qiymət qoyacağı bildirilib.

Qeyd edək ki, İspaniya millisinə də dəvət alan Qavi bu mövsüm La Liqada 17 matça çıxıb və 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.




Oxşar xəbərlər