Məmmədyarov liderliyə yüksəldi


  • 22:48 / 20 01 2022 |
  • Bölmə: İdman


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində ikinci qələbəsi qazanıb.

"Rupor" "Report"a istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster ustaların mübarizəsində V turda yerli iti zəka sahibi Yorden van Foresti üstələyib. Qara fiqurlarla oynayan Məmmədyarov 44-cü gedişdə rəqibini təslim olmağa məcbur edib.

Hazırda 3,5 xala malik Azərbaycan təmsilçisi hindistanlı Vidit Santoş Qucrati ilə birlikdə hərəyə 3,5 xalla ilk 2 pilləni bölüşür.




Oxşar xəbərlər