Millimiz Avropa çempionatının ilk oyununda uduzdu


  • 19:25 / 22 01 2022 |
  • Bölmə: İdman


Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.

"Rupor" "Report"a istinadən xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda Gürcüstan seçməsi ilə üz-üzə gəlib.

Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşma Azərbaycan yığmasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandanın hər iki qolunu Rafael Vilela vurub.

Bu qrupun digər matçında İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək.

Avropa çempionatı

D qrupu, I tur

22 yanvar

Gürcüstan - Azərbaycan - 3:2

Qol: Elisandro 9'31; Sebiskveradze 26'54''; Thales 31'30'' (p) - Rafael Vilela, 5'14''; 6'26''

Baş hakim: Sedrik Pelisye (Fransa)

Qroningen. "Martini Plaza".

Qeyd edək ki, Azərbaycan millisi ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.




Oxşar xəbərlər