Məhşur turnirdə Azərbaycan cüdoçusu 2-ci yerə çıxdı


  • 21:56 / 17 02 2022 |
  • Bölmə: İdman


Azərbaycan cüdoçusu Yaşar Nəcəfov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

"Rupor" xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı israilli Barux Şmailovla qarşılaşıb.

Rəqibinə ipponla uduzan Nəcəfov gümüş medalla kifayətlənib.

34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq.







Oxşar xəbərlər