"Ağırlıqqaldırmada əsas məsələ dopinqlə mübarizədir" - İnam Kərimov


  • 12:56 / 19 02 2022 |
  • Bölmə: İdman


"Ağırlıqqaldırmanın üzləşdiyi əsas məsələ dopinqlə mübarizədir".

"Rupor" xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) yeni prezidenti İnam Kərimov deyib.

O bildirib ki, belə halların üzə çıxması səbəbindən yığma komanda beynəlxalq yarışların bəzilərindən kənarda qalıb: "Adından göründüyü kimi, bu, ağır atletikadır. Bəzi məsələlərin həlli üçün tədbirlər görülməlidir. Azərbaycanın yığma komandasının qarşıdakı beynəlxalq yarışlarda və olimpiadada uğurla çıxış etməsini istəyirik".

Federasiya rəhbəri bütün dünyanın dopinqə qarşı mübarizə aparmasının vacibliyini vurğulayıb: "İdmançılarla birlikdə iş aparmalı və onları marifləndirməliyik. Əsas birinci məqsədimiz bu problemləri, çətinlikləri dinləmək və ondan sonra qısa, orta və uzun müddətli hədəflər müəyyən etməkdir. Əsas məsələ bu idman sahəsinə rəğbəti daha da artırmaqdır".

Kərimov yeni nəsil idmançıların yetişməsini ən böyük priotetlərdən biri adlandırıb: "Üzərimizə düşən ən böyük vəzifə bölgələrdə gələcək potensialları müəyyənləşdirməkdir. Bunun üçün bütün şərait yaradılıb".





Oxşar xəbərlər