
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını Almaniyada davam etdirə bilər.
"Rupor" "Bild" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" "qırmızı-şeytanlar"dan ayrılmaq istəyən 37 yaşlı hücumçu ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Münhen təmsilçisi portuqaliyalı forvardla agenti Jorxe Mendeş vasitəsi ilə əlaqə saxlayıb və onunla əməkdaşlıq etmək istədiklərini bildirib.
