"Neftçi"dən inamlı qələbə


  • 19:48 / 19 02 2022 |
  • Bölmə: İdman


Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində daha bir matç baş tutub.

"Rupor" Qaynarinfo-ya istinadən xəbər verir ki, günün son qarşılaşmasında "Neftçi" "Keşlə" ilə üz-üzə gəlib. "Bakcell Arena"da baş tutan görüşdə "Neftçi" 3:1 hesablı qələbə qazanıb.
 
Flaqmanın heyətində Sezar Meza Kolli (21), Voyislav Stankoviç (26) və Ramin Nəsirli (44) fərqlənib. "Keşlə"nin yeganə qolunu isə Felipe Santos 90+3-cü dəqiqədə rəqib qapısından keçirib.

Turun daha bir oyunu sabah keçiriləcək. "Zirə" doğma meydanda "Sabah"ı qəbul edəcək. 16-cı turda baş tutmalı olan "Qarabağ" - "Sumqayıt" görüşü isə təxirə salınıb.



Oxşar xəbərlər