
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tur çərçivəsində "Zirə" "Sabah"la qarşılaşıb.
Zirə İdman Kompleksinin stadionunda keçirilən oyunda ev sahibi qələbə qazanıb.
2:0 hesabla yekunlşan mübarizıdə qolları Hamidu Keyta vurub. Fransalı hücumçu 63-cü və əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə fərqlənib.
Bu nəticədən sonra xallarını 28-ə çatdıran "Zirə" yenidən 3-cü pilləyə yüksəlib. 20 xalı olan "Sabah" isə 5-ci sırada qalıb.
