Qadın kareteçimizdən qızıl medal aldı


  • 22:07 / 20 02 2022 |
  • Bölmə: İdman


Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub.

"Rupor" xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.

84 kq-da mübarizə aparan Turqut Həsənov bürünc medal görüşündə avstriyalı Robin Rettenbaxeri məğlub olaraq 5-ci yeri tutub.

Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.









Oxşar xəbərlər