Rafael Ağayevdən rəqiblərinə ismarış - "Darıxmayın, gələcəm"


  • 15:46 / 21 02 2022 |
  • Bölmə: İdman


Azərbaycanın məşhur karateçisi Rafael Ağayev beynəlxalq arenadakı rəqiblərinə ismarış göndərib.

"Rupor" xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı bu barədə instaqram hesabında paylaşım edib.

5 qat dünya və 11 qat Avropa çempionumuz "Darıxmayın, 75 kq çəki dərəcəsində olanlar. Tezliklə tatamiyə gələcəyəm" yazıb.

Azərbaycanın qadın karateçisi İrina Zaretska həmin posta "Səni gözləyirik" şərhini yazıb.

Qeyd edək ki, Rafael Ağayev O, 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.




Oxşar xəbərlər