
Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
"Rupor" Apasport-a istinadən xəbər verir ki, yığmamız Birləşmiş Ərəb Əmirlikləri millisi ilə görüşüb.
Bakıda baş tutan qarşılaşmada yığmamız 2:0 hesablı qələbə qazanıb. Komandamızın qollarına Sevinc Cəfərzadə və Nanə Mollayeva imza atıb.
Qeyd edək ki, bu, komandalar arasında ikinci matç olub. İlk görüşdə yığmamız 4:0 hesabı ilə qalib gəlib.
