"Qarabağ"ın mərhələ adlama şansı var" - Asim Xuduyev


  • 12:33 / 24 02 2022 |
  • Bölmə: İdman


"Qarabağ"ın mərhələ adlama şansı var".

"Rupor" xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın beynəlxalq hakim-inspektoru Asim Xudiyev "köhlən atlar"ın Fransa "Marsel"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

O, daha sonra Qarabağın bugünkü görüşdə ən azı 2:0 hesabı ilə qələbə qazanmasını arzulayıb:

"Komandanın daha sonra əlavə vaxtda rəqibini məğlub etməsini istəyirəm. "Qarabağ" ilk matçda sərgilədiyi oyunla göstərdi ki, bunu etmək mümkündür".

Xudiyev həmçinin diqqətə çatdırıb ki, "Qarabağ" Marsel şəhərindəki qarşılaşmada üçüncü qolu buraxmasaydı, mərhələ şansları daha çox olardı:

"Futbolda gözlənilməz qollar olur. Qarşılaşmanın sonlarında qol buraxmaq hər komandanın başına gələ bilər. İstəyirik ki, komanda bu axşam hamımızı sevindirsin".

Qeyd edək ki, "Qarabağ" - "Marsel" qarşılaşması bu gün saat 21:45-də start götürəcək. Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.




Oxşar xəbərlər