“Neftçi”nin qapıçısı yenidən əməliyyat olundu


  • 15:20 / 24 02 2022 |
  • Bölmə: İdman


“Neftçi”nin qapıçısı Aqil Məmmədov dizindən əməliyyat olunub.

“Rupor” klubun saytına istinadən xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında əməliyyatın uğurlu alındığını bildirib:

“Aqil noyabr ayında zədələnəndən sonra müalicə olunmuşdu. Lakin dekabrda ağrılar başladığına və şişmə olduğuna görə Bakıda əməliyyat olundu.

Bununla belə, əməliyyatdan sonra diz oynağında ağrılar tam keçmədiyinə və şişkinlik davam etdiyinə görə Türkiyəyə – “Acıbadəm” klinikasına göndərildi. Orada Professor Doktor Sinan Karaoğlu, Doktor Bertan Cengiz və Doktor Mehmet Çavuşun həyata keçirdiyi əməliyyatla təkrar olaraq diz oynağına girildi, yara nahiyəsi işlənildi. Artıq əməliyyatdan sonrakı ikinci gündür və hazırda vəziyyəti yaxşıdır, müalicəsi davam edir. Aqilin təxminən iki aydan sonra fərdi hərəkətlərə başlaması planlaşdırılır”.




Oxşar xəbərlər