UEFA Çempionlar Liqasının finalı Rusiyadan alınıb


  • 13:44 / 25 02 2022 |
  • Bölmə: İdman


UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.

"Rupor" "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib.

Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.



Oxşar xəbərlər