
Polşa yığması DÇ-2022-nin pley-offunda Rusiya ilə oynamaqdan imtina edib.
"Rupor" Apasport-a istinadən xəbər verir ki, bunu Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa deyib.
Öncə qarşılaşmanın Rusiyadan kənarda keçirilməsini tələb edən polşalılar indi də ümumiyyətlə qarşılaşmaların baş tutmamasını istəyir:
“Bəsdir söz dedik, əmələ keçmək zamanıdır. Polşa yığması pley-offda Rusiya ilə oynamaq niyyətində deyil. Bu, yeganə düzgün qərardır. Biz İsveç və Çexiya federasiyaları ilə danışıqlar aparırıq ki, FİFA-ya ümumi mövqeyimizi təqdim edək”.
Qeyd edək ki, Rusiya – Polşa və İsveç – Çexiya oyunlarının qalibləri arasında matçda Qətər-2022-yə vəsiqənin sahibi bəlli olmalıdır.
