Türkiyəli mütəxəssis "Traktor"un baş məşqçisi olub


  • 09:51 / 28 02 2022 |
  • Bölmə: İdman


İranın "Traktor" klubunun yeni baş məşqçisi bəlli olub.

"Rupor" Təbriz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda türkiyəli Ertuğrul Sağlama tapşırılıb.

53 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Ertuğrul Sağlam 2010-cu ildə "Bursaspor"la Türkiyə Super Liqasının qalibi olub.



Oxşar xəbərlər