Dünyaca məhşur bəksçu karyerasını bitirir


  • 17:40 / 02 03 2022 |
  • Bölmə: İdman


Dünya Boks Şurasının (WBC) ağır çəkidə britaniyalı çempionu Tayson Fyuri karyerasını bitirir.

"Rupor" "Report"a istinadən xəbər verir ki, bu barədə 34 yaşlı idmançı "L Equipe" nəşrinə açıqlama verib.

O bildirib ki, aprelin 23-də həmyerlisi Dillian Uayta qarşı keçirəcəyi döyüş peşəkar karyerasında sonuncu olacaq: "Artıq kiməsə sübut edəcəyim bir şey yoxdur. Boksdan sonra çimərlikdə istirahət etmək, pina kolada kokteyli içmək, "Ferrari" sürmək və qayıqda yaşamaq istəyirəm. Bunların hamısını edəcəyəm. Çünki bank hesabımda 150 milyon ABŞ dolları var".

Qeyd edək ki, Tayson Fyuri karyerasında 31 qələbə və 1 heç-heçə əldə edib. Dillian Uaytın isə 28 qələbə və 2 məğlubiyyəti var.




Oxşar xəbərlər