Millimizin üzvü “Qarabağ”dan getdi


  • 12:53 / 03 03 2022 |
  • Bölmə: İdman


“Qarabağ” qapıçı Emil Balayevlə yollarını ayırıb. 

“Rupor” xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. 

Azərbaycan millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Qeyd edək ki, son günlər mətbuatda Emil Balayevin Qazaxıstanın “Turan” klubu ilə müqavilə imzalayacağı barədə xəbər yayılıb. 




Oxşar xəbərlər