Azərbaycan "Böyük Dəbilqə"yə 17 cüdoçu ilə yollanır


  • 15:46 / 16 03 2022 |
  • Bölmə: İdman


Azərbaycanın kişi və qadınlardan ibarət cüdo millisinin aprelin 1-dən 3-dək Türkiyənin Antalya şəhərində keçiriləcək “Böyük Dəbilqə” turniri üçün ilkin heyəti açıqlanıb. 

"Rupor" Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, məşqçilər heyəti yarışa ümumilikdə 17 idmançı (13 kişi, 4 qadın) sifariş edib.

Kişilər: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri, İmran Yusifov (hər ikisi +100 kq).

Qadınlar: Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Günel Həsənli (70 kq).

Qeyd edək ki, "Böyük Dəbilqə"də bu günədək 61 ölkədən 447 cüdoçu iştirakını təsdiqləyib.




Oxşar xəbərlər