Abşeron məktəbliləri zona yarışının qalibi oldu - Fotolar


  • 18:52 / 26 04 2022 |
  • Bölmə: İdman


“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayonun komandası Respublika zona yarışının qalibi olub. Gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun Sumqayıt şəhərində keçirilən regional zona yarışında Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Qubadlı və Zəngilan rayonlarının komandaları iştirak edibdilər.

5 mərhələdən ibarət (Sıra hazırlığı, Fiziki hazırlıq, Maneələrin dəf olunması, Mülki Müdafiə hazırlığı, Çadırın qurulması) olan yarışda Abşeron rayon məktəbliləri bütün rəqiblərinə qalib gələrək 

Respublika zona yarışının qalibi olub. Bu nəticə ilə onlar respublika final yarışına vəsiqə qazanıblar.Qeyd edək ki, yarışın final mərhələsi cari ilin may ayında Bakı şəhərində keçiriləcək.Məlumat üçün bildiririk ki, Abşeron rayonunu bu yarışda “Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon çempionu Saray qəsəbə 3 saylı tam orta məktəbin komandası təmsil edir.Komandamıza qarşıdakı final yarışında da uğurlar arzulayırıq.

Rupor.az



















Oxşar xəbərlər