Azərbaycan Kuboku: Final oyununun yeri açıqlandı


  • 19:52 / 03 05 2022 |
  • Bölmə: İdman / Xəbərlər


Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

"Rupor" xəbər verir ki, “Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.

Mayın 27-də keçiriləcək görüş saat 19:00-da start götürəcək.
Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də olacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.



Oxşar xəbərlər