Şəhriyar Məmmədyarov erməni idmançı ilə heç-heçə oynadı


  • 17:38 / 14 05 2022 |
  • Bölmə: İdman


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində sonuncu görüşünü keçirib.

"Rupor"un məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gəlib.

Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb.




Oxşar xəbərlər