Formula 1 komandaları Bakıda


  • 12:19 / 08 06 2022 |
  • Bölmə: İdman


Azərbaycan Qran Prisində iştirak edəcək Formula 1 komandaları artıq Bakıya gəlib. Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Haqlasından məlumat verilib. 

Komandalar hazırda Paddokda yerləşən qarajlarında yarışa hazırlıq görürlər. Formula 1 pilotlarlarının da bu gün ərzində şəhərimizə gəlişi gözlənilir.
Həmçinin bildirilib ki, yarış treki Beynəlxalq Avtomobil Federasiyasına (FIA) yoxlanış üçün təhvil verilib.

Ən son texniki-təhlükəsizlik standartlarına uyğun olaraq yoxlanışdan sonra FIA tərəfindən təhvil veriləcək Bakı treki 9 iyun tarixində yarışa tam hazır olacaq.




Oxşar xəbərlər