Ronaldonun 1,7 milyon avroluq maşını divara çırpıldı - Fotolar


  • 04:25 / 21 06 2022 |
  • Bölmə: İdman


“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldoya məxsus “Bugatti Veyron” qəzaya uğrayıb.

"Rupor“ sportyou.es saytına istinadən xəbər verir ki, hadisə İspaniyanın Mayorka adasında məşhur futbolçunun ailəsi ilə dncəldiyi vaxt baş verib. 

Avtomobili Ronaldonun köməkçisi idarə edib. Sürücü idarəetməni itirib, ikinci dərəcəli yoldan çıxıb və avtomobil yaşayış binasının yanındakı divara çırpılıb.

Avtomobilə xeyli ziyan dəyib, lakin sürücü xəsarət almayıb.

Qeyd edək ki, 400 km/saatdan çox sürətə çata bilən avtomobilin qiyməti təxminən 1,7 milyon avrodur.






Oxşar xəbərlər