"Qalatasaray"ın baş məşqçisinin kimliyi bilindi


  • 13:21 / 23 06 2022 |
  • Bölmə: İdman


Türkiyə "Qalatasaray"ının yeni baş məşqçisi bəlli olub.

"Rupor'" xəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə İstanbul təmsilçisinin sabiq futbolçusu Okan Buruk təyin edilib. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Buruk bu vəzifədə 2 gün öncə istefaya göndərilən Domenek Torreni əvəzləyib.

Qeyd edək ki, Okan Buruk 2006 - 2008-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, 2013-cü ildə "Cim-Bom"da köməkçi məşqçi kimi də çalışıb. Təcrübəli mütəxəssis ölkəsində "Sivaspor", "Göztepe", "Rizespor" və "Başakşehir" kimi klublara da başçılıq edib. 2020/2021 mövsümündə isə "Başakşehir"lə Türkiyə Super Liqasının qalibi olub.



Oxşar xəbərlər