"Qarabağ" Avstriyada meydana çıxacaq


  • 10:18 / 25 06 2022 |
  • Bölmə: İdman


Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

Rəqib Rumıniya "Botoşani"si olacaq.

Kössen stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Yoxlama oyunu
25 iyun
19:00. "Qarabağ" - "Botoşani"


Kössen stadionu

Qeyd edək ki, növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.

"Botoşani" ötən mövsüm Rumıniyanın yüksək liqasını 7-ci pillədə başa vurub və pley-off matçında "Universitatya Krayova"ya uduzaraq, UEFA Konfrans Liqasına vəsiqə qazana bilməyib.(Report)




Oxşar xəbərlər