"Qarabağ"ın oyunçusu Medina əməliyyat olunacaq


  • 18:37 / 31 07 2022 |
  • Bölmə: İdman


Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix”lə cavab matçında zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medianın durumuna aydınlıq gəlib.

Bu barədə “Qatqazinfo”ya Ağdam klubunun mətbuat katibi Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, təcrübəli müdafiəçi iki ay komandasına kömək edə bilməyəcək.

Belə ki, futbolçunun qasıq bağlarında yırtıq olduğu üçün, yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Bu isə onun iki ay komandadan uzaq qalması deməkdir.



Oxşar xəbərlər