Bu ölkə qadın futbolçular arasında ilk dəfə Avropa çempionu oldu


  • 23:11 / 31 07 2022 |
  • Bölmə: İdman


Qadın futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

“Rupor” xəbər verir ki, filan matçında Almaniya və İngiltərə milliləri üz-üzə gəlib.

Londondakı “Uembli” stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Buna görə də matçda əlavə vaxt oynanılıb. 110-cu dəqiqədə daha bir qol vuran ingilislər 2:1 hesablı qələbə ilə tarixində ilk dəfə Avropa çempionu tituluna sahib olublar.  





Oxşar xəbərlər