"Zirə" "Kəpəz"ə qalib gəldi


  • 23:36 / 05 08 2022 |
  • Bölmə: İdman


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünə start verilib.

“Qafqazinfo” xəbər verir ki, birinci turun açılış matçı 4 ildən sonra elitaya qayıdan “Kəpəz”lə ötən mövsümün bürünc medalçısı “Zirə” arasında baş tutub. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini “Dalğa Arena”da qəbul edib.
Görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, oyunda ilk qolu 32-ci dəqiqədə qonaqlardan Məhəmməd Həmdui vurub. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə "Kəpəz"in yeni transferi Mixeil Ergemlidze hesabı bərabərləşdirib. 87-ci dəqiqədə Gəncə təmsilçisinin vurduğu qol Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan VAR sisteminə baxıldıqdan sonra ləğv olunub. Videotəkrar sistemi Ergemlidzenin dubl etdiyi epizodda ofsayd qeydə alıb. Sertan Taşkın "Zirə"nin qələbə qolunu matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə vurub.

Yekun nəticəyə görə, "Zirə" 3 xalla birinci pillədə qərarlaşıb. "Kəpəz" isə 1 xalla ikinci yerdədir.
Görüşdə ədaləti FIFA referisi Əliyar Ağayev qoruyub.
Cari çempionat 6 illik fasilədən sonra 10 komandanın iştirakı ilə keçirilir və burada ilk dəfə VAR sistemindən istifadə olunur.

Qeyd edək ki, tura avqustun 6-8-də keçiriləcək "Qarabağ" - "Səbail", "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.(Qafqazinfo)



Oxşar xəbərlər