Fərid Qayıbov yəhudi qonaqlarla görüşdü


  • 09:37 / 06 08 2022 |
  • Bölmə: İdman


Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalla görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Rupor"a verilən məlumata görə, görüş zamanı mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Qəbulla əlaqədar təşəkkür edən baş ravvin bildirib ki, rəhbərlik etdiyi icma dövlət qurumları ilə əməkdaşlıqda maraqlıdır.

Qayıbov həmçinin və, əməkdar artist Turan Manafzadə, mədəniyyət, sənət və media üzrə jurnalist Süleyman Dincer və "Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2022"nin baş koordinatoru Fətullah Bingülü qəbul edib. Görüşdə Turan Manafzadə öz yaradıcılığı və gələcək layihələri baraədə məlumat verib. Nazir T.Manafzadəyə fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, T.Manafzadə Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində konsert proqramı ilə çıxış etmək üçün Azərbaycanda səfərdədir.



Oxşar xəbərlər