"Qarabağ"ın 3 güclü oyunçusu Macarıstanda eyni anda meydana çıxacaq - İlk dəfə


  • 16:49 / 08 08 2022 |
  • Bölmə: İdman


Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə “Ferentsvaroş” ilə qarşılaşacaq “Qarabağ” klubu Macarıstana yola düşüb. Klubunun baş məşqçisi Qurban Qurbanov hava limanında "Qafqazinfo"nun əməkdaşının oyunun çətin, yoxsa asan olacağı ilə bağlı sualına belə cavab verib: 

- Oyun asan olmayacaq. Onların da həm hücum, həm müdafiə potensialı çox yaxşıdır. Hər xətdə çox bacarıqlı futbolçuları var. Rəqibi daha yaxından tanıdığımıza görə rahat ola bilər. Bu, bizə bir az rahatlıq verə bilər. Amma ümumən, matçın gedişatı zamanı buradakı kimi gərgin oyun gedə bilər. Bir-birimizə oynamağa bir o qədər də imkan vermirdik. Düşünürəm ki, çox düşünüləsi və meydanda hərəkətli oyun bizi gözləyir. İlk dəfədir ki, Qara Qarayev, Riçard Almeyda və Marko Yankoviç eyni anda oynaya bilərlər".



Oxşar xəbərlər