Mariya Stadnik finalda


  • 15:39 / 10 08 2022 |
  • Bölmə: İdman


Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında güləş yarışlarında çıxış edən Mariya Stadnikin övladları da tribunada yer alıb.

“Rupor” xəbər verir ki, ilk görüşündə qazaxıstanlı rəqibi Svetlana Ankiçevanı 34 saniyəyə məğlub edən xanım güləşçimizin qələbəsini övladları canlı izləyib.

Onlar əllərində Azərbaycan bayraqları ilə idmançıya dəstək olublar.

Qeyd edək ki, bu, M. Stadnikin V İslam Həmrəyliyi Oyunlarında ilk qələbəsidir.



Oxşar xəbərlər