Leyla Əliyeva İslamiadada Azərbaycan güləşçilərini izləyir


  • 16:04 / 10 08 2022 |
  • Bölmə: İdman


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının çıxışlarını izləyir.

"Rupor"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, L.Əliyeva hazırda Konya Texniki Universitetinin idman zalında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyevlə birlikdə güləş yarışlarını izləyir.

Qeyd edək ki, bu gün Azərbaycanın sərbəst və qadın güləşçiləri mübarizəyə başlayıb.



Oxşar xəbərlər