Hacı Əliyev hansı səbəbdən iki dəfə kürsüsüyə qalxdı?


  • 12:38 / 11 08 2022 |
  • Bölmə: İdman


Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 65 kq çəki dərəcəsində çempion olan sərbəst güləşçi Hacı Əliyevin medal kürsüsünə iki dəfə qalxmasının səbəbi bilinib.

"Rupor"un məlumatına görə, təşkilatçılar gümüş medal qazanmış Zəlimxan Abakarovun şərəfinə qaldırılmış Albaniya bayrağını səhv asıblar.

Təşkilatçılar daha sonra bu səhvi aradan qaldırıb. İdmançılar bu səbəbdən ikinci dəfə fəxri kürsüyə dəvət olunublar.

Onu da bildirək ki, milliyyətcə çeçen olan Zəlimxan Abakarovun şəxsi məşqçisi Azərbaycanın sərbəst güləş millisinin məşqçisi Zəlimxan Hüseynovdur.



Oxşar xəbərlər