Qadın güləşçimiz V İslam Həmrəyliyi Oyunlarında çempion oldu


  • 19:43 / 11 08 2022 |
  • Bölmə: İdman


Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

“Rupor"” xəbər verir ki, Leyla Qurbanova (53kq) finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

İslam Bazarqanov (61 kq) isə özbəkistanlı Cahangirmirzə Turabovla final görüşündə xalların keyfiyyətinə görə (6:6) məğlub olaraq İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.



Oxşar xəbərlər