Bu dünya çempionatı Bakının əlindən alındı


  • 14:28 / 15 08 2022 |
  • Bölmə: Gündəm / İdman


1-7 oktyabr tarixlərində Bakıda görmə məhdudlu idmançılar arasında təşkil edilməli olan pauerliftinq üzrə dünya çempionatı Azərbaycanın əlindən alınıb.

"Rupor"un məlumatına görə, yarış 1-8 oktyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərinə salınıb.

Qeyd edək ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyası (IBSA) yanvarın 17-də bu dünya çempionatının Bakıda keçiriləcəyini elan etmişdi.

Benç press növ də daxil olmaqla baş tutmalı olan yarış gənclər, böyüklər və veteranlar arasında keçirilməli idi. 1 oktyabrda 10 ölkənin 100-ə yaxın ən yaxşı kişi və qadın idmançıları Bakıya gəlib "Hyatt Regency Hotel"də məskunlaşmalı, 2-3 oktyabrda göz təsnifatı keçirilməli, 4-6 oktyabrda yarış baş tutmalı idi. Həmçinin, bu müddətdə IBSA pauerliftinq referiləri üçün seminarın da Bakıda təşkil olunması nəzərdə tutulmuşdu.






Oxşar xəbərlər